Terms and conditions
Hazırki İstifadəçi Razılaşması (bundan sonra “İR”) bir tərəfdən, qüvvədə olan Azərbaycan Respublikasın qanunvericiliyə və öz Nizamnaməsinə uyğun fəaliyyət göstərən Azərbaycan Qızıl Aypara Cəmiyyəti (bundan sonra “AzQAC” və ya “Cəmiyyət”), digər tərəfdən, qüvvədə olan olan Azərbaycan Respublikasın qanunvericiliyə uyğun olaraq hərəkət edən istənilən fiziki və ya hüquqi şəxs simasında İstifadəçi (bundan sonra “İstifadəçi” və ya “Donor” adlandırılacaq) arasında aşağıda göstərilən şərtlər daxilində bağlanılır:
1. İR PREDMETİ
1.1. https://yardim.et/ (bundan sonra “Sayt” və ya “Veb-sayt”) - AzQAC tərəfindən göstərilən humanitar xidmətlərə və hüquqi hərəkətlərin rəqəmsallaşdırmaq məqsədi ilə yaradılan “YARDIM.ET” adlı İanə İdarəetmə Sistemidir (bundan sonra “İİS”).
1.2. Hazırkı İR veb-sayta daxılolma saniyədən və/və ya İİS texniki infrastrukturu daxilində hər hansı üçünçü tərəfin xidmətlərindən istifadə edən andan etibarən qüvvəyə minir, bu o deməkdir ki, Veb-saytdakı ziyarətiniz və ya İİS texniki infrastrukturu daxilində edəcəyiniz hər bir hərəkət — şərtlər və qaydalar toplusunun bütün bəndləri ilə bütünlüklə razı olduğunuz anlamına gələcək.
1.3. Hazırkı İR veb-saytdan istifadəsi zamanı davranış qaydaları və istifadə şərtləri müəyyən edir. Şərtlər və qaydalar toplusu – İnternet şəbəkəsinin https://yardim.et/az/user-agreement ünvanında dərc olunan sənətdir.
1.4. Sayta daxıl olarkən, eləcədə veb-saytın xidmətlərindən istifadə edərəkən istənilən hüquqi və ya fiziki şəxs dərhal İİS İstifadəçisi sayılır.
1.5. İstifadəçinin veb-saytın xidmətlərindən istifadəsi, hazırkı İR və onun şərtlər və qaydalar toplusu bənlərində göstərilən bütün şərtlər və qaydalardan qeyri-şərtsiz olaraq qəbulu deməkdir.
1.6. Hazırkı İR və onun şərtlər və qaydalar toplusu üzrə öhdəliklərin icra olunmaması və ya lazımi qaydada icra olunmamasına görə İstifadəçi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən məsuliyyət daşıyır.
1.7. Hazırkı İR vaxtaşırı olaraq yenilənə və dəyişdirilə bilər, edilən hər hansı dəyişiklik barədə məlumat veb-saytda yerləşdiriləcək, bunun barədə məlumatlı olmaq üçün İstifadəçi bu səhifəni mütəmadi yoxlamaq borcludur. İstənilən halda, dəyişiklik edilmiş İR dəyişikliklər barədə İstifadəçinin məlumat əldə edib-etməməyinizdən asılı olmayaraq, İstifadəçi münasibətdə tətbiq ediləcək.
2. İSTİFADƏ EDİLƏN ANLAYIŞ VƏ TERMİNLƏR
2.1. «İanə» — humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, təbliğat və reklam işlərini, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün göstərilən istənilən növ yardımdır;
2.2. «Donor» — İanə alanla (Resipiyentlə) münasibətlərində ianə verən Tərəf (hazırda İstifadəçi nəzərdə tutulur);
2.3. «İstifadəçi» — razılaşma şərtlərini qəbul etmiş və “YARDIM.ET” İİS xidmətlərindən istifadə edən istənilən fiziki və ya hüquqi şəxsdir;
2.4. «Veb-sayt» — HTTP/HTTPS protokolları vasitəsilə İnternetdə müraciət etmək mümkün olan, https://yardim.et/ domen daxılində vahid mövzulu veb-səhifələrin sistemidir, o cümlədən müxtəlif əməliyyat sistemləri əsasında sayta əlavələr və başqa xidmətlər, həmçinin proqram təminatıdır, saytın, əlavələrin və başqa xidmətlərin dizaynı (qrafiki tərtibatı), məlumat bazası, xidmətlərin istənilən bölməsi (yarımbölmələri), həmçinin xidmətlərdə Administrasiya və İstifadəçilər tərəfindən yerləşdirilmiş informasiyadır;
2.5. «Resipiyent» — Donorla münasibətlərində ianə alan Tərəf (hazırda AzQAC nəzərdə tutulur);
2.6. Hazırki İstifadəçi Razılaşmasında istifadə olunan və “ANLAYIŞ VƏ TERMİNLƏR” bəndində əksini tapmayan istənilən terminlər və anlayışlar, İstifadəçi Razılaşmasının mətnindən yaranan mənaya müvafiq olaraq izah ediləcəkdir. İstifadəçi Razılaşmasında istifadə edilən terminin və ya təyinin izah edilməsi barədə istənilən fikir ayrılıqlarının yaranması halında Administrasiya tərəfindən müəyyən edilən izah etmə tətbiq ediləcəkdir.
3. İR ƏSAS ŞƏRTLƏRİ VƏ QAYDALARI
3.1. AzQAC İstifadəçi tərəfindən Sayta daxil olma və ya İİS-dən istifadə nəticəsində yaranan hər hansı zərərə görə və ya bu Saytda göstərilən məlumatı rəhbər tutduğunuza görə heç bir məsuliyyət daşımır;
3.2. AzQAC Saytdan və ya İİS-dən istifadə ilə əlaqədar yaranan birbaşa və dolayı zərərin, həmçinin cərimə sanksiyalarının, eləcə də digər zərərin, o cümlədən əldə çıxmış imkanların və ya digər itkilərin və istənilən növ zərərin ödənilməsi ilə bağlı heç bir öhdəliyi öz üzərinə götürmür;
3.3. Saytdakı məlumat heç bir şərhə məruz qalmamalı və dərc olunduğu formada qəbul edilməlidir.