Biz Kimik?

100 ildən artıq şanlı tarixə malik Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublikada dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır. Milli Cəmiyyət (AzQAC) dünyanın ən nəhəng humanitar qurumu olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ölkəmizdə tam və bərabərhüquqlu üzvüdür. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları və könüllüləri hər zaman milliyyət, irq, dini inanc, sinif və siyasi fikir ayrı-seçkiliyi etmədən insanlara 1920-ci ildən etibarən humanitar yardım göstərirlər.

Daha ətraflı
Fəaliyyət istiqamətlərimiz
Bizə necə kömək edə bilərsən?

Sizin dəyərli dəstəyiniz milyonlarla azərbaycanlının və bütün dünyada olan digər insanların həyatına xilasedici dəstək və xidmətlər göstərməyimizə kömək edir. Bizi dəstəkləməklə humanitar ehtiyacların daimi artdığı bir dünyada öz prinsipial humanitar missiyamızı davam etdirməkdə bizə kömək edirsiniz. Toplanmış ianələr ehtiyaclı insanlara müvafiq sosial və humanitar yardımların edilməsinə yönləndirilir və heç bir kommersiya və gəlir məqsədi daşımır.

Daha ətraflı
Korporativ və Fərdi ianə etmək
Pul, mal, məhsul ianə etmək, daşınan və daşınmaz əmlakı bağışlamaq (icarəyə vermək), əvəzsiz xidmət göstərmək
Könüllü olmaq
Humanitar fəaliyyət göstərmək, zərərçəkmiş insanlara yardım çatdırmaq, maarifləndirmə işləri aparmaq
Təbliğat aparmaq
Gördüyümüz işlər haqqında şəxsi sosial şəbəkələrdə məlumatlar paylaşmaq, tanınmış media nümayəndələri və KİV-ə məlumatı yaymaq
alt
Tərəfdaşlarımız
İanələrin İdarəetmə Sistemi
alt
1 224 000
Yardım alanlar
23 000
Könüllülərin sayı
175
İşçi heyətin sayı
100+ il
Təcrübə
221
Layihələrin sayı
300 000
Üzvlərin sayı
7
Regional mərkəz
86
Rayon bölmələri
Bizə qoşul

Bizim tədbirlərə, layihələrə və aksiyalara dəvət olunub iştirak etmək, və ya haqqımızda xəbərləri əldə etmək üçün abunə olun

Yuxarı