Fandreyzinq siyasəti
1.GİRİŞ VƏ TARİX
100 ildən artıq şanlı tarixə malik Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Respublikada rolu dövlət qanunu ilə müəyyən olunmuş ən böyük humanitar təşkilatdır. Cəmiyyət dünyanın ən nəhəng humanitar qurumu olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ölkəmizdə yeganə, tam və bərəbərhüquqlu üzvüdür.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti dünyanın ən böyük humanitar şəbəkəsi olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) ilə birlikdə Azərbaycanda və bütün dünyada əhalinin həssas qruplarına daxil olan milyonlarla insanı dəstək və humanitar xidmətlərlə təmin edir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları və könüllüləri mütəmadi olaraq fövqəladə vəziyyətlərdən öncə hərəkət edərək, risklərin azaldılması məqsədilə həyata keçirilən maarifləndirmə tədbirləri vasitəsilə icmaların fövqəladə vəziyyətlərə hazırlığına kömək edir. Cəmiyyətin əməkdaşları və könüllüləri uzun müddət orada qalaraq, zərər çəkmiş insanlara həyatlarını yenidən qurmaqda və dirçəltməkdə dəstək göstərir. Milli Cəmiyyət milliyyətinə, irqinə, dini etiqadlarına, mənsubiyyətinə və ya siyasi baxışlarına görə heç bir ayrı-seçkilik qoymadan insanlara humanitar yardım göstərir.
Şərqdə ilk Demokratik Cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin hərbiyyə naziri əvəzi vəzifəsində çalışan general-leytinant Əliağa Şıxlinski və xarici işlər naziri Fətəli Xan Xoyskinin təşəbbüsü ilə 10 mart 1920-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti rəsmi olaraq qeydə alınmışdır. 1925-ci il avqustun 15-də isə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ilk nizamnaməsi qəbul olunmuşdur.
1928-ci ildə Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz ilk qurultayını keçirmiş və artıq bir təşkilat kimi formalaşmışdır. Həmçinin, tibb bacılarını hazırlamaq məqsədi ilə Cəmiyyətin nəzdində iki illik tibb bacıları kursları təşkil edilmişdi. Kursu bitirənlər Cəmiyyətin strukturlarında çalışmaqla yanaşı, sanitar-maarifləndirmə və qan donorluğunun təbliğində çalışmışlar.
“Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan Respublikası qanunu 8 may 2007-ci il tarixində Parlament tərəfindən qəbul edilmiş və dövlət başçısının 22 may 2007-ci il tarixli Fərmanı ilə qüvvəyə minmişdir.
2. SİYASƏTİN MƏQSƏDi
Azərbaycan Qızıl Aypara Cəmiyyəti daim dəyişən, yardıma ehtiyac olan mühitdə fəaliyyət göstərir. Bu da onu davamlı olaraq yeni çağırışlara və reallıqlara uyğunlaşmağa sövq edir.
Hazırkı siyasətin məqsədi Milli Cəmiyyətdə rəqəmsallaşdırılmanın və innovasiyaların tətbiqinin genişləndirilməsinin, resursların səfərbərliyi, fandreyzinq fəaliyyəti, ianələrin internet və digər müasir üsullarla qəbulu və idarə olunması, yığılan ianələrdə təhlükəsizlik və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, beləliklə də, qeyd olunan sahələrdə effektivliyin, şəffaflığın, cavabdehliyin və keyfiyyətin artırılmasının təmin edilməsinə yönləndirilib.
Hazırkı siyasətlə Milli Cəmiyyət geniş ictimaiyyətə və mövcud donorlarımıza resursların səfərbərliyi və fandreyzinq fəaliyyəti, tərəfdaşlarla dürüst kommunikasiyanın qurulması, o cümlədən, ianələri toplamaq üçün istifadə etdiyimiz üsullar və donorların şəxsi məlumatlarına hörmətlə yanaşacağını və qoruyacağını təsdiqləyir.
3. ƏHATƏ DAİRƏSİ
“Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nizamnaməsini rəhbər tutaraq, hazırkı siyasət «Resursların Səfərbərliyi, Fandreyzinq və Marketinq Şöbəsinin Reqlamenti»nə, həmin fəaliyyətlə məşğul olan əməkdaşlara, o cümlədən, yerli bölmələrə şamil olunur.
Həmçinin, bu sahə üzrə istənilən növ müqavilə, saziş və digər normativ sənədlər hazırkı Siyasətlə tənzimlənir.
Milli Cəmiyyətin bütün struktur bölmələri, o cümlədən, yerli bölmələr və əlaqədar şöbə və sektor əməkdaşları tərəfindən hazırkı Siyasətdən irəli gələn fəaliyyətə tam şəkildə dəstək verilməlidir.
4. İANƏ
İanə — humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələndirmə proqramlarını, təbliğat və reklam işlərini, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün göstərilən istənilən növ yardımdır.
5. DONOR
Donor — İanə alanla münasibətlərində ianə verən Tərəf, məsələn: beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimai yönümlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən, fondlar, assosasiyalar, federasiyalar və komitələr, həmçinin, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri; Azərbaycan dövləti adından Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri və dövlət büdcəsindən maliyyələşdirilən qurumlar; banklar; kommersiya təşkilatları, KİV, digər hüquqi və fiziki şəxslərdir.
6. RESİPİYENT
Resipiyent — Donorla münasibətlərində ianə alan Tərəf, məsələn: Azərbaycan Respublikasında fəaliyyət göstərən, nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik, humanitar yardım, yaxud ianə predmeti ola bilən layihə və proqramların həyata keçirilməsi olan və ianə almaqla birbaşa mənfəət götürmək məqsədi güdməyən hüquqi şəxsdir. Hazırkı Siyasət çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Resipiyent adı ilə çıxış edə bilər.
7. RESURSLARIN SƏFƏRBƏRLİYİ, FANDREYZİNQ FƏALİYYƏTİ
Biz Milli Cəmiyyətin nizamnaməsinə, təqdim olunan bu siyasətə, «Resursların Səfərbərliyi, Fandreyzinq və Marketinq Şöbəsinin Reqlamenti»nə və Hərəkatın 7 fundamental prinsipinə uyğun olaraq ianə qəbul edirik. Bizim resursların səfərbərliyi və fandreyzinq fəaliyyəti müvafiq Azərbaycan Respublikası Qanunlarına və müvafiq qanunvericilik aktlarına uyğundur.
Humanitar və sosial sahələr üzrə iş üçün ianə mənbəyimizin davamlılığını qorumaq və heç bir tək gəlir mənbəyindən asılı olmamağımızı təmin etmək üçün müxtəlif mənbələrdən ianələr əldə etməyə çalışırıq.
Biz böhran vəziyyətlərinə, fövqəladə və digər gözlənilməz hallara cavab vermək üçün vəsaitlərdən ən çox ehtiyac duyulan yerdə və lazımlı vaxtda istifadə etmək hüququnu özümüzdə qoruyub saxlayırıq. Bununla belə, biz donorlarımızdan konkret layihələr, kampaniyalar və ya iş sahələrini maliyyələşdirmələrini də xahiş edirik.
Donorlarımız bizə verilən ianə vasitəsi ilə hər hansı fundamental fəaliyyət prinsiplərimizlə ziddiyət təşkil edən fəaliyyətə bizi cəlb edə və ya təzyiq göstərə bilməzlər.
8. İANƏLƏRİN İSTİFADƏSİ
Milli Cəmiyyətə verilən ianələrin aşağıdakılar ilə məhdudlaşdırılmayan, lakin əksəriyyətini təşkil edən 4 əsas istifadə istiqaməti vardır: Resipiyentin fəaliyyətini təkmilləşdirmək və onun iş şəraitini yaxşılaşdırmaq üçün; Resipiyentin özünə aid olan layihələrinin həyata keçirilməsi və onun əsas fəaliyyətlərinin icrası üçün; Donorun həyata keçirdiyi sosial və ya humanitar layihələrdə xidmət təminatçısı rolunda Resipiyentin cəlb olunması üçün; Dövlət və/və ya Beynəlxalq Təşkilatlar tərəfindən Resipiyentin və/və ya Donorun öhdəlik götürdüyü sosial və ya humanitar layihələrin icra edilməsi üçün.
9. EHTİYACLILAR
Ehtiyaclılılar - müxtəlif fiziki, sosial, iqtisadi və ətraf mühit amillərindən yaranan risklər nəticəsində zərər çəkmiş və yardıma ehtiyacı olan insanlar və ya icma üzvləridir. Ehtiyaclılar zərərə daha çox həssas olan bir qrupa aid olan şəxs və ya şəxslər kimi müəyyən edilə bilər (məsələn: kimsəsiz uşaqlar, yaşlılar, ahıllar, aztəminatlı şəxslər, xəstələr, sığınacaq və ya yemək axtaranlar, təbii fəlakətdən və ya müharibədən zərər çəkmiş insanlar, əlillər, qazilər, respublikada müvəqqəti sığınacaq tapan miqrantlar və s.).
10. İŞGÜZAR MÜNASİBƏT ETİKASI VƏ ŞƏFFAFLIĞIN QORUNMASI
Milli Cəmiyyət resursların səfərbərliyi və fandreyzinq fəaliyyətini həyata keçirərkən aşağıdakı əsas meyarları rəhbər tutur:
11. İANƏ NÖVLƏRİ
Milli Cəmiyyət tərəfindən həm fərdi donorlardan, həm də koorparativ sponsorlardan qəbul olunan ianələrin növlərini aşağıdakılar ilə məhdudlaşmayan, lakin əksəriyyətini təşkil edən bunlardır:
12. ƏLAQƏLİ NORMATİV SƏNƏDLƏR
13. SİYASƏT ÜÇÜN MƏSULİYYƏT
Hazırkı siyasətin dəyişdirilməsi, həmçinin onun düzgün və vaxtında icrası üzrə məsuliyyət Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı katibinə həvalə olunur. Siyasətə yenidən baxılması üçün hər iki ildən bir Resursların Səfərbərliyi, Fandreyzinq və Marketinq Şöbəsinin rəhbəri tərəfindən təşəbbüs qaldırıla bilər.
Milli Cəmiyyətin bütün işçilərinin bu Siyasətdən xəbərdar olmasına və izahat işlərinin aparılmasına dair tədbirlərin (seminarlar, təlimlər, mühazirələr) icrası və icrasına dair nəzarət Milli Cəmiyyətin İnsan Resursları şöbəsinin rəhbərinə həvalə olunur.
14. YEKUN MÜDDƏALAR
Bu siyasət ictimai sənəddir və Milli Cəmiyyətin bütün internet (rəqəmsal) resurslarında açıq olaraq paylaşılır.
Bizim işçilərimiz, donorlarımız, sponsorlarımız və könüllülərimiz, həmçinin bizimlə bu istiqamətdə əlaqəli olan digər təşkilatlar fəaliyyətlərində bu siyasətindən bəhrələnə bilərlər.
Hazırkı siyasətdə qeyd olunmayan, və ya tam olaraq aydın olmayan bütün digər məsələlər «Resursların Səfərbərliyi, Fandreyzinq və Marketinq Şöbəsinin Reqlamenti»də öz əksini tapır.