Könüllü ol

Könüllü olmaq təkcə cəmiyyətinizə borcunuzu geri qaytarmaq deyil. Bu, həm də yeni bacarıqlar öyrənmək, ömürlük dostlar qazanmaq və təhlükəsiz və dinc dünya üçün səy göstərən dünyanın ən böyük humanitar şəbəkəsinin bir hissəsi olmaqdan ibarətdir. 86 filial şəbəkəmizin bir hissəsi kimi könüllü olmaq üçün aşağıdakı ərizəni doldurun. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin həyati əhəmiyyətli fəaliyyəti sizin kimi unikal, istedad və bacarıqlarını bölüşməyi sevən insanların sayəsində mümkün olur.

Yaş həddi 12+
Yerli/xarici vətəndaş
Sərbəst seçim əsasında
Məhkumluğu olmayan*
Maddi maraqlar güdməyən
AR qanunlarını pozmayan

Bizə qoşularaq könüllü ol

Yeni bacarıqlar əldə edin, mövcud bacarıqlarınızı paylaşın və könüllülük vasitəsilə yeni dostlar qazanın. Könüllülük bacarıqlarınızı və təcrübənizi genişləndirir, məşğulluq imkanlarınızı artırır və aktiv və cəmiyyətlə əlaqədə qalmağın bir yoludur. Bu, həm də cəmiyyətə borcunuzu geri qaytarmaq və ehtiyacı olan insanlara kömək etmək üçün bir yoldur.

Tez - tez verilən suallar

AZQAC KÖNÜLLÜSÜ KİM OLA BİLƏR?
12 yaşına çatmış, Azərbaycan Respublikasının vətəndaşı və ya əcnəbi olan, Azərbaycan Respublikasının qanunlarını pozmadan ictimai faydalı fəaliyyət sahəsində işlərin görülməsi və ya xidmətlərin göstərilməsinə icazəsi olan, məhkumluğu olmayan (istisna hallar mövcuddur), milliyyəti, irqi, cinsi, dini inancı, sinfi və siyasi fikrindən asılı olmayaraq istənilən şəxs.
YETKİNLİK YAŞINA ÇATMAMIŞ KÖNÜLLÜLƏR
Yetkinlik yaşına çatmamış şəxslər valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı əsasında könüllü fəaliyyət ilə məşğul ola bilərlər. Yetkinlik yaşına çatmamış şəxslər könüllülük fəaliyyəti həyata keçirərkən yaşı 18-dən az olan işçilərin əməyindən istifadəyə dair Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulmuş tələblərə riayət olunur.
MƏHKUMLUĞU OLAN ŞƏXSLƏRİN KÖNÜLLÜ FƏALİYYƏTİ
İstisna hallarda, Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara hərəkatının yeddi fundamental prinsipini rəhbər tutaraq AzQAC tərəfindən heç bir ayrı-seçkilik göstərilmədən məhkumluğu olan şəxslər də könüllülük fəaliyyətlərinə cəlb oluna bilər. Lakin bu həssas mövzu olduğu və müəyyən risklər daşıdığı üçün həmin şəxslərin könüllülük fəaliyyəti istiqamətləri və ümumi könüllülük şərtləri fərqlənə bilər.
KÖNÜLLÜ OLMAQ ÜÇÜN NƏ ETMƏLİYƏM?
İlk öncə siz saytımızda göstərilən şərtlər ilə tanış olmalı və tələblərimizə uyğun olmanızdan əmin olmalısınız. Sonradan siz saytımızda qeyd olunan formanı doldurub, öz rezumenizi əlavə edib, bizə göndərməlisiniz. Biz 10-15 iş günü ərzində göndərdiyiniz məlumatlar ilə tanış olub, tələb və şərtlərimizə uyğun olmasından əmin olduqdan sonra sizinlə əlaqə saxlayacağıq və növbəti mərhələlər haqqında məlumat verəcəyik.
KÖNÜLLÜLƏRDƏN HANSI SƏNƏDLƏR TƏLƏB OLUNA BİLƏR?
İlk öncə bizə sizin rezumeniz lazım olacaq. Sonradan isə sizdən ərizə anketin doldurulması, yetkinlik yaşa çatmamış şəxslər üçün valideynlər və ya qanuni nümayəndələrin xüsusi icazə ərizəsi, eyni zamanda sağlamlıq və məhkumluq haqqında arayış formaları, həmçinin diplom və sertifikatların (olduğu təqdirdə) və şəxsiyyət vəsiqəsinin (və ya xarici pasportun) surəti tələb olunacaq. Digər və ya əlavə tələb oluna bilən sənədlər haqqında məlumat sizə sonradan verilə bilər.
KÖNÜLLÜ FƏALİYYƏT MÜNASİBƏTLƏRİ NECƏ TƏNZİMLƏNİR?
Könüllü fəaliyyət münasibətləri “Könüllü fəaliyyət haqqında” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU əsasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir.
AZQAC-DA KÖNÜLLÜ FƏALİYYƏTƏ DAİR XÜSUSİ TƏLƏBLƏR
“Könüllü fəaliyyət haqqında” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU ilə yanaşı olaraq AzQAC-ın istənilən könüllüsü "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU-nda, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nizamnaməsində, AzQAC-ın reqlament, siyasət və digər daxili sənədlərində, həmçinin Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara hərəkatının yeddi fundamental prinsipində göstərilən tələb və şərtlərin ictimaiyyətinin gözləndiyi və layiq olduğu yüksək davranış standartını saxlamaq üçün tam olaraq əməl etməlidir.
Yuxarı