Könüllülük

alt

Bizə qoşul

alt

Könüllü olmaq təkcə cəmiyyətinizə borcunuzu geri qaytarmaq deyil. Bu, həm də yeni bacarıqlar öyrənmək, ömürlük dostlar qazanmaq və təhlükəsiz və dinc dünya üçün səy göstərən dünyanın ən böyük humanitar şəbəkəsinin bir hissəsi olmaqdan ibarətdir.

Könüllü ol

Könüllü olmağın səbəbləri

AzQAC-ın könüllüsü olaraq, siz aşağıda qeyd olunan istiqamətlərdə öz təcrübənizi artıra, yeni bilikləri əldə edə, cəmiyyətə xidmət göstərə, yaşadığınız dünyanı daha da yaxşı yerə çevirə, zərərçəkənlərə və ehtiyaclılara əl uzada, insanlara kömək göstərə bilərsiniz.

alt alt

Könüllülərimiz

Azərbaycanın 86 regional bölməmizdə 23 000-dən artıq xüsusi təyinatlı könüllülərimiz var.

Könüllülərin əsas vəzifələri?

Azərbaycanın 93 ofisində 12500-dən artıq könüllülərimiz var. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit.

alt Yaşlılara qayğı
alt Məlumatların toplanması
alt Sorğuların keçirilməsi
alt Təlimlərin keçirilməsi
alt Ünvanlı yardım
alt Administrativ xidmət
alt

Könüllülük formu

Yeni bacarıqlar əldə edin, mövcud bacarıqlarınızı paylaşın və könüllülük vasitəsilə yeni dostlar tapın. Könüllülük bacarıqlarınızı və təcrübənizi genişləndirir, məşğulluq imkanlarınızı artırır və aktiv və cəmiyyətlə əlaqədə qalmağın bir yoludur. Bu, həm də cəmiyyətə borcunuzu geri qaytarmaq və ehtiyacı olan insanlara kömək etmək üçün bir yoldur.

Sualınız qaldı?
Bizimlə əlaqə saxlayın

Tez - tez verilən suallar

KÖNÜLLÜ KİMDİR?
Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən ictimai faydalı fəaliyyət sahəsində işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə məşğul olan, istənilən hüquqi və fiziki şəxslərin, fərdi və ya qrup şəklində, öz iradəsi və sərbəst seçimi əsasında, əvəzi ödənilməyən (əmək haqqı, bonus, xidmət haqqı) və heç bir maddi (kommersiya) marağı olmayan şəxs.
AZQAC-IN GÖRDÜYÜ İCTİMAİ FAYDALI FƏALİYYƏTLƏR HANSILARDIR?
Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə: əlilliyi olan şəxslərə, kimsəsizlərə, ahıllara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi; insanpərvərliyin və dözümlülüyün təbliği; uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı; xəstəliklər və epidemiyalar barədə məlumatlandırma; sağlam həyat tərzinin təbliği; ətraf mühitin mühafizəsi; silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə yardım göstərilməsi; cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığına düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çətin həyat şəraiti yaşayan digər şəxslərə (ailələrə) kömək edilməsi; Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri.
AZQAC KÖNÜLLÜSÜNÜN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
Bizim könüllülərimiz fərqli-fərqli ictimai faydalı fəaliyyət sahəsində fəaliyyət göstərir, lakin əsas istiqamətlərdən bunları qeyd edə bilərik: Yaşlılara qayğı, Məlumatların toplanması, Sorğuların keçirilməsi, Təlimlərin keçirilməsi, Ünvanlı yardımın çatdırılması və ofis daxilində administrativ xidmət
NİYƏ MƏN AZQAC KÖNÜLLÜSÜ OLUM?
Bizim könüllülərdən birisi olduğunuz halda siz ictimai faydalı fəaliyyət göstərməklə və əhaliyə kömək etməklə yanaşı: pulsuz təlimlərdə və ödənişli ezamiyyətlərdə iştirak edib, xüsusi təyinatlı bilikləri əldə edib, iş təcrübəsi qazana bilərsiniz. Həmçinin bizim könüllülərimizə mütəmadi olaraq fərqli sertifikatlar və xüsusi hallarda isə digər növ təltiflər verilə bilər.
Yuxarı