Sizin dəyərli ianəniz milyonlarla Azərbaycanlılara və bütün dünyada digər ehtiyacı olan insanlara həyat xilasedici dəstək və xidmətlər göstərməyimizə kömək edir. Bizi dəstəkləməklə siz daim artan humanitar ehtiyaclarla üzləşən dünyada prinsipial humanitar missiyamızı davam etdirməyə kömək edirsiniz.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 mart 2020-ci il tarixli Qərarı ilə "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları" təsdiq edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə əsasən, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi – 2019-cu il 1 yanvar tarixdən 10 il müddətinə hüquqi şəxslərin mənfəət vergisindən azaddır.